Bakı. Trend:
ABŞ-ın İrana qarşı sanksiyaları üçüncü ölkələrə də təsir edir və beynəlxalq hüququ pozur.
Trend-in məlumatına görə, bu sözləri Avstriya prezidenti Aleksander van der Bellen deyib.
Prezident bildirib ki, Avstriya və Avropa İttifaqı İranla iqtisadi münasibətləri inkişaf etdirməyin tərəfdarıdır:
“Avstriya ABŞ-ın nüvə sazişindən çıxmasından və İrana qarşı sanksiyaların bərpa olunması qərarından təəssüflənir. Bu cür sanksiyalar beynəlxalq hüququ pozur”.