...

Türkiyədə 32 maşının iştirakı yol qəzası baş verib, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 19 Avqust 2018 01:19 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin şimal-qərbində Eskişehir-Bursa avtomobil yolunda 32 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yol qəzası nəticəsində 1 nəfər həlak olub, 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Məlumata əsasən, qəzada yük maşını, 2 sərnişin avtobusu, 2 mikroavtobus və 27 minik avtomobili iştirak edib.

Qəzanın səbəbi yük maşınından yola dağılan yanacaq olub. Hazırda maşınının və onun sahibinin polislər tərəfindən axtarışı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti