Bakı. Trend:
Fransanın paytaxtı Paris şəhərinin yaxınlığında güclü yanğın baş verib.
Trend-in məlumatına görə, yanğın Obervil kommunasında meriyanın yaxınlığında olub. Yanğın nəticəsində 5 polis əməkdaşı olmaqla 19 nəfər xəsarət alıb. Onlardan 5-i uşaq olmaqla 7-nin vəziyyəti ağırdır.
Hazırda yanğının səbəbi araşdırılır.