...

Əfqanıstanda Prezident iqamətgahını raket atəşinə tutan iki qiyamçı zərərsizləşdirilib

Dünya xəbərləri Materials 21 Avqust 2018 10:36 (UTC +04:00)
Əfqanıstanda Prezident iqamətgahını raket atəşinə tutan iki qiyamçı zərərsizləşdirilib.
Əfqanıstanda Prezident iqamətgahını raket atəşinə tutan iki qiyamçı zərərsizləşdirilib

Bakı. Trend:

Əfqanıstan təhlükəsizlik qüvvələri Prezident iqamətgahına raket hücumu həyata keçirən iki qiyamçını zərərsizləşdirib.

Trend-in "Tolo News" telekanalına istinadən verdiyi məlumata görə, hazırda ərazidə döyüşlər davam edir.

Bundan əvvəl məlumat verilirdi ki, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı münasibətilə çıxış edən zaman paytaxt Kabula bir neçə raket zərbəsi endirilib.

Hücum yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 08:30) qeydə alınıb. Raketlər Prezident iqamətgahı və şəhərin bir çox ölkələrin səfirliklərinin yerləşdiyi hökumət məhəlləsi istiqamətinə atılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti