Bakı. Trend:
“Ryanair” büdcə aviaşirkətinin pilotları və göyərtə bələdçiləri Avropa ölkələrində tətil keçirir.
Trend-in məlumatına görə, tətillər İspaniya, Belçika, Niderland, Portuqaliya, İtaliya və Almaniyada davam edir.
Bununla əlaqədar olaraq bu gün üçün nəzərdə tutulan 2400 reysdən 250-i ləğv edilib.
Tətil iştirakçıları şirkət rəhbərliyindən iş şərtlərinin yaxşılaşdırılmasını, İrlandiya qanunvericiliyinin digər ölkələrə tətbiq olunmamasını tələb edir.
“Ryanair” bu tələbləri 2019-cu il ərzində icra etməyə hazır olduğunu bildirib.