...

Səudiyyə Ərəbistanı səfiri Türkiyə XİN-ə çağırılıb – jurnalistin itməsinə görə

Dünya xəbərləri Materials 9 Oktyabr 2018 11:14 (UTC +04:00)
Səudiyyə Ərəbistanının səfiri Valid bin Əbdülkərim əl-Hireyci Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Səudiyyə Ərəbistanı səfiri Türkiyə XİN-ə çağırılıb – jurnalistin itməsinə görə

Bakı. Rufiz Hafizoğlu - Trend:

Səudiyyə Ərəbistanının səfiri Valid bin Əbdülkərim əl-Hireyci Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Trend-in məlumatına görə, buna səbəb səudiyyəli jurnalist Camal Xaşkacinin itkin düşməsidir.

Qeyd olunub ki, əgər Səudiyyə Ərəbistanı səfirliyi C.Xaşkacinin diplomatik nümayəndəliyin binasını tərk etdikdən sonra itkin düşdüyünü iddia edirsə, bunu sübut etməlidir.

Bundan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə kəşfiyyatının səudiyyəli jurnalistin itməsi məsələsini araşdırdığını bildirmişdi.

Xatırladaq ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Lakin bundan sonra onun harada olduğu barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti