...

Peskov: Putin oktyabrın 23-ü Boltonu qəbul edəcək

Dünya xəbərləri Materials 23 Oktyabr 2018 01:21 (UTC +04:00)
Ruisiya prezidenti Vladimir Putin oktyabrın 23-ü ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu qəbul edəcək
Peskov: Putin oktyabrın 23-ü Boltonu qəbul edəcək

Bakı. Trend:

Ruisiya prezidenti Vladimir Putin oktyabrın 23-ü ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu qəbul edəcək.

Trend-in məlumatına görə, bu barədə "RİA novosti"yə Rusiya prezidentinin mətbuat latibi Dmitri Peskov bildirib.

Daha əvvəl D.Peskov bildirmişdi ki, Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxma barədə Vaşinqtondan səslən son bəyanatlardan sonra ABŞ tərəfindən izah tələb olunacaq.

Xatırladaq ki, oktyabrın 20-si ABŞ prezidenti Donald Tramp Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacağını bildirmişdi. Onun sözlərinə görə, ABŞ-ın bu müqavilədən çıxmasına səbəb Rusiyanın müqavilənin şərtlərini pozmasıdır.

Qeyd edək ki, orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilə 1987-ci ilin 8 dekabrında Mixail Qorbaçovun Vaşinqtona səfəri zamanı imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti