...

Fransadakı etiraz aksiyalarında 75 minə yaxın insan iştirak edir

Dünya xəbərləri Materials 1 Dekabr 2018 23:21 (UTC +04:00)
Fransada yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyalarında 75 minə yaxın insan iştirak edir
Fransadakı etiraz aksiyalarında 75 minə yaxın insan iştirak edir

Bakı. Trend:

Fransada yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyalarında 75 minə yaxın insan iştirak edir.

Trend-in məlumatına görə, bu barədə "BFMTV" telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Daha əvvəl 36 minə yaxın insanın iştirak etdiyi bildirilirdi.

Ən böyük etiraz aksiyası ölkənin paytaxtında keçirilir. Parisdə etiraz aksiyaları zamanı 255 nəfər saxlanılılb, 100-dən çox insan isə xəsarət alıb.

Xatırladaq ki, "sarı jiletlər" etiraz hərəkatının iştirakcıları Yelisey çöllərində səhər saatlarında toplaşmağa başlayıblar. Paytaxtda yanacağın qiymətinin qalxması ilə əlaqədar keçirilən etiraz aksiyalarında etirazçılar və polislər arasında toqquşmalar olub.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

Fransa DİN-in məlumatına əsasən, ötən şənbə günü etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.

Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti