...

Kabildə nazirlik əməkdaşları girov götürüldü

Dünya xəbərləri Materials 24 Dekabr 2018 19:35 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabildə İctimai İşlər Nazirliyinin binasına hücum baş verib
Kabildə nazirlik əməkdaşları girov götürüldü

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə İctimai İşlər Nazirliyinin binasına hücum olub.

Trend-in məlumatına görə, hücum edənlər nazirliyin bir qrup əməkdaşını girov götürüb.

Qeyd olunur ki, hücum edənlərdən 2-i zərərsizləşdirilib. 200-ə yaxın əməkdaş təxliyə edilib.

Daha əvvəl isə nazirlik yaxınlığında 3 partlayış eşidilib. Hücum edənlər atəş açaraq binaya daxil olub. Hücum nəticəsində 4 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti