...

Fransada qocalar evində kütləvi zəhərlənmə - 4 nəfər öldü, 22 nəfər xəstəxanalıq oldu

Dünya xəbərləri Materials 1 Aprel 2019 10:49 (UTC +04:00)
Fransanın cənubunda Lerm şəhərindəki qocalar evində baş verən kütləvi zəhərlənmədən 4 nəfər ölüb, daha 22 nəfərə isə tibbi yardım göstərilib.
Fransada qocalar evində kütləvi zəhərlənmə - 4 nəfər öldü, 22 nəfər xəstəxanalıq oldu

Bakı. Trend:

Fransanın cənubunda Lerm şəhərindəki qocalar evində baş verən kütləvi zəhərlənmədən 4 nəfər ölüb, daha 22 nəfərə isə tibbi yardım göstərilib.

Trend-in məlumatıan görə, kəskin qida zəhərlənməsi səbəbindən tibbi yardım göstərilən 22 nəfərdən 15-i hələ də xəstəxanadadır.

Qeyd olunur ki, bu qocalar evində ən varlı yaşlılar məskunlaşıb. Ev 90 nəfər üçün nəzərdə tutulub.

İnsidentlə bağlı araşdırma başlayıb. Hazırda qocalar evinin mətbəxində laborator təhlillər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti