Bakı. Trend:
Çinin cənubunda Tszyanmen Şəhər Xalq Məhkəməsi narkotik vasitələrin satışına görə Kanada vətəndaşı barəsində ən ağır - edam hökmü çıxarıb.
Trend-in məlumatına görə, saxlanlmış Fan Vey qadağan olunmuş, böyük həcmdə preparat satışında ittiham olunur.
Onunla bərabər daha 10 nəfərin saxlanıldığı bildirilir. Saxlanılanlar arasında ABŞ və 4 Meksika vətəndaşı olduğu deyilir. Onlar isə ömürlük həbs cəzasına məhkum ediliblər.
Şəbəkə üzvləri metamfetamin istehsalı ilə məşğul olublar.