...

ABŞ təyyarədaşıyanı Süveyş kanalını keçdi

Dünya xəbərləri Materials 9 May 2019 19:00 (UTC +04:00)
ABŞ hərbi dəniz donanmasına məxsus təyyarədaşıyanı "Abraham Lincoln", Misirdə Süveyş kanalı üzərindən keçib
ABŞ təyyarədaşıyanı Süveyş kanalını keçdi

Bakı. Trend:

ABŞ hərbi dəniz donanmasına məxsus Abraham Lincoln təyyarədaşıyanı, Misirdə Süveyş kanalı üzərindən keçib.

Trend-in məlumatına görə, təyyarədaşıyanın keçməsini izləmək üçün gələn ABŞ-ın hərbi attaşesi Ralf Qrover Misirdə Süveyş kanalı administrasiyasının başçısı Admiral Mohab Məmiş ilə görüşüb.

Söhbət zamanı amerikalı rəsmi Misir tərəfinə "Süveyş kanalı administrasiyası ilə səmərəli əməkdaşlıq" üçün öz təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti