...

Tramp: Tillerson daş kimi kütdür

Dünya xəbərləri Materials 24 May 2019 10:02 (UTC +04:00)
ABŞ Prezidenti Donald Tramp sabiq dövlət katibi Reks Tillersonu küt adlandırıb
Tramp: Tillerson daş kimi kütdür

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp sabiq dövlət katibi Reks Tillersonu küt adlandırıb.

Trend-in məlumatına görə, o, bunu öz “Twitter” səhifəsində yazıb.

D.Tramp bildirib ki, R.Tillerson Rusiya Prezidenti Vladimir Putinin ondan daha hazırlıqlı olması barədə hekayə uydurub:

“Reks Tillerson daş kimi küt bir adamdır və dövlət katibi vəzifəsinə qətiyyən uyğun biri deyil. O hekayə uydurub ki, guya mənim 2017-ci ilin iyulunda Hamburqda Putinlə görüşüm zamanı, o məndən daha hazırlıqlı olub. Hesab etmirəm ki, Putin bu fikirlə razılaşar”.

Qeyd edək ki, Donald Tramp Reks Tillersonu ötən ilin martında dövlət katibi vəzifəsindən azad etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti