...

Yaponiyada naməlum şəxs bıçaqla məktəblilərə hücum edib, çox sayda yaralı var (YENİLƏNİB)

Hadisə Materials 28 May 2019 05:12 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın Kavaski şəhərində naməlum şəxs bıçaqla avtobus gözləyən inlara hücum edib.

Trend-in "NHK" telekanalına istinadən verdiyi məlumata görə, hücum nəticəsində azı 19 nəfər xəsarət alıb. Onlardan biri uşaq olmaqla 3-ü kliniki ölüm vəziyyətindədir.

Bildirilir ki, yaralananların əksəriyyəti uşaqlardır.

Hücum edən şəxs yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və o, ağır yaralıdır.

XXX

04:16

Yaponiyanın Kavaski şəhərində naməlum şəxs bıçaqla məktəblilərə hücum edib.

Trend-in "NHK" telekanalına istinadən verdiyi məlumata görə, hücum nəticəsində 10-u uşaq olmaqla azı 15 nəfər xəsarət alıb.

Bildirilir ki, hazırda onlara tibbi yardım göstərilir.

Yerli hüquq-mühafizə orqanları tərəfindən silahlı şəxs saxlanılıb və o, ağır yaralıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti