...

Rumıniyada NATO-nun hərbi təlimləri başladı - “Saber Guardian 2019”

Dünya xəbərləri Materials 3 İyun 2019 13:07 (UTC +04:00)
Rumıniyada NATO-nun “Saber Guardian 2019” beynəlxalq hərbi təlimləri başlayıb
Rumıniyada NATO-nun hərbi təlimləri başladı - “Saber Guardian 2019”

Bakı. Trend:

Rumıniyada NATO-nun “Saber Guardian 2019” beynəlxalq hərbi təlimləri başlayıb.

Trend-in məlumatına görə, təlimlər ölkənin beş poliqonunda keçəcək.

Təlimlər hərbi hava qüvvələri bazasının ələ keçirilməsini, raket zərbələrini və düşmənin yerüstü hücumunun dəf olunmasını nəzərdə tutur.

İyunun 3-dən 24-dək Bolqarıstan, Macarıstan və Rumıniya ərazilərində keçiriləcək təlimlərdə Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Rumıniya və ABŞ-da 8 minədək hərbçi iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti