...

Çində ardıcıl iki güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 17 İyun 2019 22:16 (UTC +04:00)
Çinin Sıçuan əyalətində bir saat ərzində iki güclü zəlzələ baş verib
Çində ardıcıl iki güclü zəlzələ baş verib

Bakı. Trend:

Çinin Sıçuan əyalətində bir saat ərzində iki güclü zəlzələ baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ilk zəlzələ yerli vaxtla saat 22:55-də İbin şəhər dairəsində qeydə alınıb. Yeraltı təkanların maqnitudası 6 bal təşkil edib.

İkinci zəlzələ İbin şəhər dairəsində yerli vaxtla saat 23:36-da 16 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin 5,1 bal gücündə olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti