...

Bəhreyn İraqdakı səfirini geri çağırıb

Dünya xəbərləri Materials 28 İyun 2019 03:39 (UTC +04:00)
Bəhreyn Xarici İşlər Nazirliyi İraqdakı səfirini Salah əl-Malikini geri çağırıb
Bəhreyn İraqdakı səfirini geri çağırıb

Bakı. Trend:

Bəhreyn Xarici İşlər Nazirliyi İraqdakı səfirini Salah əl-Malikini geri çağırıb.

Trend-in məlumatına görə, buna səbəb Bağdadda Bəhreyn Krallığında edilən hücum olub.

Bildirilir ki, səfirliyə ABŞ tərəfindən təşkil olunmuş Fələstin məsələsi üzrə görüşdən narazlıq edənlər hücum edib.

Həmin gürüşün keçirilməsindən narazı qalanlar İraqdakı Bəhreyn Krallığının səfirliyi ərazisinə daxil olaraq binanın şüşəsini qırıb, sonra isə Bəhreyn bayrağını götürərək Fələstin bayrağını asıblar.

Qeyd edilir ki, xəsarət alanların olmamağına baxmayaraq binaya ziyan vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti