...

Georqi Qaxariya Gürcüstanın baş naziri oldu

Dünya xəbərləri Materials 8 Sentyabr 2019 19:27 (UTC +04:00)
Bu gün Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib
Georqi Qaxariya Gürcüstanın baş naziri oldu

Bakı. Trend:

Bu gün Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, parlamentin 98 deputatı Georqi Qaxariyanın rəhbərlik etdiyi hökuməti dəstəkləyib.

Parlamentin spikeri Arçil Talakvadze səsvermənin yekunlaşı şərh edərkən bildirib ki, etimad göstərilib və qərar qəbul edilib: "Mən Gürcüstanın baş naziri və hökumətini etimadın göstərilməsi münasibətilə təbrik edirəm".

Xəbər lenti

Xəbər lenti