...

Silahlılar Suriyanın hökumət qüvvələrini atəşə tutublar

Dünya xəbərləri Materials 2 Noyabr 2019 00:11 (UTC +04:00)

Bakı. Trend:

Ötən sutka ərzində silahlı qruplaşmalar Suriyanın hökumət qüvvələrini atəşə tutublar.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Yuri Borenkov bildirib.

Y. Borenkov qeyd edib ki, qanunsuz silahlı qruplaşmalar Suriyanın Hələb, İdlib, Latakiya və Hama əyalətlərinin yaşayış məntəqələrini 14 dəfə atəşə tutublar.

Onun sözlərinə görə, silahlı qruplaşmalar Latakiya əyalətinin Akko, Tel-Raşa və Zuveykat yaşayış məntəqələrindəki hökumət qüvvələrinin mövqelərini atəşə tutublar.

General-mayor bildirib ki, insidentlər nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti