...

"Facebook Messenger"in işində qüsurlar yaranıb

Dünya xəbərləri Materials 15 Noyabr 2019 01:15 (UTC +04:00)
"Facebook Messenger" sosial şəbəkəsinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər
"Facebook Messenger"in işində qüsurlar yaranıb

Bakı. Trend:

"Facebook Messenger" sosial şəbəkəsinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən ABŞ, Böyük Britaniya, Polşa, Danimarka, Portuqaliya və Yunanıstanda müşahidə edilir.

Bildirilir ki, istifadəçilərin təxminən 58 faizi ismarıcların alınmasında, təxminən 25 faizi xidmətə qoşulmaqda, 16 faizi isə tətbiqə daxil olmaqda çətinliklə üzləşiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti