...

ABŞ-da neftkimya zavodunda daha bir partlayış olub, 60 min insan təxliyə edilir

Dünya xəbərləri Materials 28 Noyabr 2019 05:25 (UTC +04:00)
ABŞ-ın Texas ştatında "TPC Group" şirkətinin neftkimya zavodunda daha bir partlayış baş verib
ABŞ-da neftkimya zavodunda daha bir partlayış olub, 60 min insan təxliyə edilir

Bakı. Trend:

ABŞ-ın Texas ştatında "TPC Group" şirkətinin neftkimya zavodunda daha bir partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təxminən bir kilometr radiusda olan insanlara ilk partlayışdan sonra təxliyə təlimatları verilmişdi, amma indi təxminən altı kilometr radiusda bütün əhalinin məcburi təxliyə edilməsindən söhbət gedir.

"KFDM News" telekanalının məlumatına görə, təxliyə əməliyyatı 5 şəhəri əhatə edir, təxminən 60 min insan təxliyə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti