Bakı. Trend:
Hindistanın Uttar-Paradeş ştatında vətəndaşlıq haqqında qanuna düzəlişlərin qəbul edilməsinə qarşı etirazlar zamanı toqquşmalarda altı nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə "NDTV" telekanalı bildirib.
Məlumata əsasən, etirazçılarla toqquşmalarda 50-dən çox hüquq-mühafizə orqanlarının əməkdaşı yaralanıb.
Eyni zamanda, hüquq-mühafizə orqanlarının nümayəndələri polisin odlu silahdan istifadə etmədiyini qeyd edib.