...

"Lufthansa" 6,4 milyon dollar cərimələnib

Dünya xəbərləri Materials 28 Dekabr 2019 10:22 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın federal aviasiya idarəsi Almaniyanın "Lufthansa" aviaşirkətini 6,4 milyon dollar cərimələyib.

Trend-in məlumatına görə, şirkətin federal aviasiya qaydalarına uyğun olmayan 900-ə yaxın uçuş həyata keçirdiyi iddia olunur. Bildirilir ki, ABŞ tənzimləyicisinin icazəsinin olmamasına baxmayaraq, "Lufthansa" San-Dieqo və Filadelfiya hava limanlarına uçuşlar təçkil edib.

Məlumata görə, şirkətin rəsmi cavab üçün 30 gün var idi və bu müddət cümə günü başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti