...

Fransız futbolçusu Natael Jülan yol qəzasında həlak olub

Dünya xəbərləri Materials 4 Yanvar 2020 02:13 (UTC +04:00)
Fransa çempionatının ikinci divizionunun "Genqam" futbol klubunun hücumçusu Natael Jülan 24 yaşında həlak olub
Fransız futbolçusu Natael Jülan yol qəzasında həlak olub

Bakı. Trend:

Fransa çempionatının ikinci divizionunun "Genqam" futbol klubunun hücumçusu Natael Jülan 24 yaşında həlak olub.

Trend-in məlumatına görə, oyunçu məşqdən evə qayıdarkən özü sürdüyü avtomobillə qəzaya düşüb. Jülanın komanda yoldaşlarından biri qəzanın şahidi olub.

Jülan 2018-ci ilin yanvarından "Genqam"da, keçən ilin ilk yarısını isə "Valensien"də oynayıb. Cari mövsümdə futbolçu iki oyun keçirib - birini çempionatda və digərini Fransa Liqasının kuboku uğrunda.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti