...

Avstraliyada meşə yanğınlarında ölənlərin sayı 25-ə çatıb

Dünya xəbərləri Materials 6 Yanvar 2020 14:05 (UTC +04:00)
Avstraliyanın cənub-şərqindəki meşə yanğınında ölənlərin sayı 25-ə çatıb.
Avstraliyada meşə yanğınlarında ölənlərin sayı 25-ə çatıb

Bakı. Trend:

Avstraliyanın cənub-şərqindəki meşə yanğınında ölənlərin sayı 25-ə çatıb.

Trend-in məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bildirib ki, əvvəllər itkin düşmüş hesab olunan 71 yaşlı daha bir kişi, ştatın cənub sahilindəki meşə yanğınının qurbanı olub.

Hazırda ştatda 136 meşə yanğını qeydə alınıb, onlardan 69-u hələ də lokallaşdırılmamış qalır. Yanğına qarşı 2,5 mindən çox yanğınsöndürən və yüzlərlə xüsusi texnika, o cümlədən 90 ağır təyyarə mübarizə aparır.

Ötən ilin oktyabr ayının ortalarından başlayan genişmiqyaslı yanğınlar nəticəsində 6,5 milyon hektardan çox meşə sahəsi, 2 minə yaxın yaşayış binası və 3 minə yaxın inzibati və təsərrüfat binası məhv olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti