...

Çində koronavirusdan ölənlərin sayı 17-yə çatıb

Dünya xəbərləri Materials 22 Yanvar 2020 19:05 (UTC +04:00)
Daha əvvəl virusdan 9 nəfərin öldüyü açıqlanmışdı.
Çində koronavirusdan ölənlərin sayı 17-yə çatıb

Bakı. Trend:

Çində koronavirusun yeni növünün səbəb olduğu pnevmoniyadan ölənlərin sayı 17-yə çatıb.

Trend-in məlumatına görə, daha əvvəl virusdan 9 nəfərin öldüyü açıqlanmışdı.

Bu günə qədər virus 25 əyalət və şəhərə yayılıb. Ölkə daxilində yoluxanların sayı 473 nəfərə çatıb.

Qeyd edək ki, yeni virus dekabrın sonlarında Çinin Uhan əyalətində qeydə alınıb.

Xəstəlik artıq Çindən kənarda da yayılıb. Cənubi Koreya, Yaponiya, ABŞ və Taylandda infeksiyaların olduğu, Sinqapur, Honqkonq və Avstraliyada şübhəli infeksiya halları aşkarlanıb. Çin hakimiyyəti rəsmi olaraq virusun insandan insana ötürüldüyünü təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti