...

İraqda etiraz aksiyalarında 4 nəfər həlak oldu

Dünya xəbərləri Materials 25 Yanvar 2020 20:02 (UTC +04:00)
İraqın Zi Kar vilayətində təhlükəsizlik qüvvələri tərəfindən etiraz aksiyalarının dağıdılması zamanı 4 nəfər ölüb
İraqda etiraz aksiyalarında 4 nəfər həlak oldu

Bakı. Trend:

İraqın Zi Kar vilayətində təhlükəsizlik qüvvələri tərəfindən etiraz aksiyalarının dağıdılması zamanı 4 nəfər ölüb, daha 20-dən çox insan yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Sky News Arabia" telekanalı bildirib.

Məlumata əsasən, ən böyük miqyaslı etirazlar, Zi Kar vilayətindən başqa, paytaxt Bağdadda, eləcə də Kərbəla şəhərində keçirilib:

"Zi Kar vilayətində təhlükəsizlik qüvvələri tərəfindən odlu silahdan istifadə nəticəsində dörd nəfər ölüb, onlarla insan yaralanıb".

Bağdadda təhlükəsizlik qüvvələrinin silahdan istifadəsi nəticəsində 20-dən çox insan yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti