...

Türkiyədə ard-arda qar uçqunlarında ölənlərin sayı 23-ə çatıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 5 Fevral 2020 16:47 (UTC +04:00)
Türkiyənin Van vilayətində qar uçqunu baş verib.
Türkiyədə ard-arda qar uçqunlarında ölənlərin sayı 23-ə çatıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Türkiyənin Van vilayətində qar uçqununda ölənlərin sayı artıb.

Trend-in məlumatına görə, uçqun altında qalanların hamısı - 23 nəfər ölüb.

XXX

15:36

Türkiyənin Van vilayətində qar uçqunu baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 8 nəfər həlak olub.

Ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, uçqun altında 10-15 nəfər qala bilər.

Hazırda itkin düşənlərin axtarışları aparılır.

Qeyd olunur ki, birinci uçqun baş verdikdən sonra, itkin düşənlərin axtarışları davam edərkən ikinci uçqun baş verib.

Qar uçqununda Prezident Rəcəb Tayyib Ərdoğanın müşaviri Gülşən Orhan da xəsarət alıb. O, uçqunun altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti