...

Vyetnamda yeni növ koronavirusa yoluxanların sayı 15-ə çatıb

Dünya xəbərləri Materials 11 Fevral 2020 11:20 (UTC +04:00)
Xəstələr arasında üç aylıq körpə də var
Vyetnamda yeni növ koronavirusa yoluxanların sayı 15-ə çatıb

Bakı. Trend:

Vyetnamda yeni növ koronavirusa yoluxanların sayı 15 nəfərə çatıb, xəstələr arasında üç aylıq körpə də var.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, üç aylıq körpə Yaponiya şirkətinin Çinin Uhan şəhərinə peşə təhsili üçün gedən əməkdaşlarından biri ilə ünsiyyətdə olan və virusa yoluxan bir xəstənin nəvəsidir.

Bildirilir ki, hazırda körpə anası ilə birlikdə karantində saxlanılır.

Xatırladaq ki, fevralın 1-i Vyetnamda yeni növ koronavirus epidemiyası elan edilib, ölkə Çin ilə uçuşları tamamilə dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 1016 nəfərə çatıb. 42638 nəfər koronavirusa yoluxub, 3996 nəfər sağalıb və evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti