...

Moldovada kütləvi tədbirlər qadağan edildi

Dünya xəbərləri Materials 10 Mart 2020 13:12 (UTC +04:00)
Moldovada koronavirus təhlükəsi ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi qadağan edilib
Moldovada kütləvi tədbirlər qadağan edildi

Bakı. Trend:

Moldovada koronavirus təhlükəsi ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə naziri Viorika Dumbrevyanu deyib.

O bildirib ki, mədəni, sosial, eləcə də idman tədbirləri ləğv edilib.

Bundan başqa, nazirin sözlərinə görə, Pasxa ərəfəsində dini mərasimlərin keçirilməsi məsələsi də kilsə nümayəndələri ilə müzakirə olunur.

Səhiyyə naziri əlavə edib ki, məktəblərdə dərslərin dayandırılması hələlik planlaşdırılmır.

Qeyd edək ki, bu günədək Moldovada bir yoluxma faktı qeydə alınıb, 10 nəfər isə koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti