...

Hollivud ulduzu koronavirusa yoluxdu

Dünya xəbərləri Materials 12 Mart 2020 11:51 (UTC +04:00)
Amerikalı aktyor, Hollivud ulduzu Tom Henks və yoldaşı Rita Uilson koronavirusa yoluxub
Hollivud ulduzu koronavirusa yoluxdu

Bakı. Trend:

Amerikalı aktyor, Hollivud ulduzu Tom Henks və həyat yoldaşı Rita Uilson koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə aktyor öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, onlar Avstraliyada olarkən özlərini pis hiss etməyə başlayıblar. Analizlərin nəticəsində hər ikisində koronavirus aşkar edilib.

Hazırda cütlük karantinə alınıb.

Qeyd edək ki, Avstraliyada 128 yoluxma faktı qeydə alınıb, 3 nəfər isə həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti