Bakı. Trend:
Liberiyada ilk koronavirusa yoluxma faktı qeydə alınıb.
Trend-in məlumatına görə, virusa ölkənin Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri Nataniel Blama yoluxub.
Onun martın 13-də İsveçrədən Liberiyaya qayıtdığı deyilir.
Hazırda onunla təmasda olan bütün şəxslərin karantinə yerləşdirilməsi üçün iş aparılır.