Bakı. Trend:
Yaponiyada ruhi xəstələr üçün müəssisədə 19 nəfəri qətlə yetirmiş şəxs ölüm cəzasına məhkum edilib.
Trend-in məlumatına görə, 30 yaşlı Satosi Uematsu asılmaqla edam ediləcək.
Məhkəmə prosesi zamanı, S.Uematsu həmin şəxsləri əziyyətdən xilas etmək üçün qətlə yetirdiyini deyib.
Qeyd edək ki, 2016-cı ilin iyulunda S.Uematsu Tokioda özünün işlədiyi müəssisədə xəstələrə bıçaqla hücum edərək 19 nəfəri qətlə yetirib.