Bakı. Trend:
Koronavirus epidemiyası ilə əlaqədar Kanadanın "Air Canada" aviaşirkəti minlərlə işçisini işdən çıxarmaq qərarı verib.
Trend-in məlumatına görə, bütün dünyanı təsiri altına alan və iqtisadiyyata böyük zərər verən koronavirus epidemiyası səbəbilə "Air Canada" 5100 işçisini işdən azad edəcək.
İxtisarların böyük qismi kabin heyətlərinə şamil olacaq.