...

Bişkekdə komendant saatı elan olunur

Dünya xəbərləri Materials 24 Mart 2020 13:25 (UTC +04:00)
Qırğızıstanın paytaxtı Bişkekdə komendant saatı elan olunacaq
Bişkekdə komendant saatı elan olunur

Bakı. Trend:

Qırğızıstanın paytaxtı Bişkekdə komendant saatı elan olunacaq.

Trend-in məlumatına görə, bunu Daxili işlər nazirinin müavini Almazbek Orozaliyev deyib.

O bildirib ki, komendant saatı martın 25-dən qüvvəyə minəcək.

Qeyd olunur ki, yerli vaxtla saat 20:00-dan saat 07:00-dək paytaxt ərazisində xüsusi icazə olmadan insanların və nəqliyyatın hərəkəti qadağan ediləcək.

Bundan başqa, Qırğızıstanın Oş və Cəlal-Abad vilayətlərinin bir sıra rayonlarında fövqəladə vəziyyət elan olunacaq.

Bu günədək Qırğızıstanda 42 nəfər koronavirusa yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti