...

Türkiyədə son sutka ərzində koronavirusdan 125 nəfər ölüb

Dünya xəbərləri Materials 16 Aprel 2020 21:56 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 125 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 1643 nəfərə çatıb.

Ölkədə 4 801 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 74 193 nəfərə çatıb.

Onun sözlərinə görə, ötən sutka ərzində 1415 nəfər sağalıb, sağalanların ümumi sayı 7 089 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti