...

"Toyota" 250 mindən çox avtomobili geri çağırır

Dünya xəbərləri Materials 18 Aprel 2020 10:07 (UTC +04:00)
"Toyota" şirkəti Çində 256 mindən çox avtomobili geri çağırır
"Toyota" 250 mindən çox avtomobili geri çağırır

Bakı. Trend:

"Toyota" şirkəti Çində 256 mindən çox avtomobili geri çağırır.

Trend-in məlumatına görə, qərar aşağı təzyiqli yanacaq nasosunda qeydə alınan qüsurlarla əlaqədardır.

Mütəxəssislərin fikrincə, bu qüsur hərəkət zamanı mühərrikin sıradan çıxmasına və sürücü ilə sərnişinlərin həyatını təhlükəyə atmasına səbəb ola bilər.

Qeyd olunur ki, geri çağırılma Çinə idxal olunan 60 minədək "Lexus", eləcə bu ölkədə istehsal olunmuş 200 minədək "Camry", "Coaster", "Corona", "Highlander", "Land Cruiser" və "Prado" modellərinə şamil edilir.

Bütün geri çağırılan avtomobillər 2013-2019-cu illərdə istehsal olunub.

Şirkət yanacaq nasoslarını ödənişsiz olaraq dəyişməyə hazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti