...

Almaniyada bıçaqlı şəxslər sakinlərə hücum etdi - Yaralılar var

Dünya xəbərləri Materials 29 Aprel 2020 11:41 (UTC +04:00)
Almaniyanın Hanau şəhərində bir neçə şəxs bıçaqla yoldan keçənlərə hücum edib
Almaniyada bıçaqlı şəxslər sakinlərə hücum etdi - Yaralılar var

Bakı. Trend:

Almaniyanın Hanau şəhərində bir neçə şəxs bıçaqla yoldan keçənlərə hücum edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Polis şahid ifadələri əsasında hücum edən iki nəfəri saxlayıb. Onların 5 nəfər olduğu deyilir.

Hazırda digər şəxslərin axtarışları aparılır. Hadisə ilə bağlı araşdırma davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti