...

Almaniyada məhdudiyyətlər iyunun 5-dək uzadılıb

Dünya xəbərləri Materials 6 May 2020 18:11 (UTC +04:00)
Almaniyada koronavirus pandemiyası ilə əlaqədar sosial məsafə məhdudiyyətləri iyunun 5-dək uzadılıb
Almaniyada məhdudiyyətlər iyunun 5-dək uzadılıb

Bakı. Trend:

Almaniyada koronavirus pandemiyası ilə əlaqədar sosial məsafə məhdudiyyətləri iyunun 5-dək uzadılıb.

Trend-in məlumatına görə, bunu kansler Angela Merkel mətbuat konfransında deyib.

O bildirib ki, bununla belə, karantin qaydaları yumşaldılacaq.

A.Merkel əlavə edib ki, Almaniya pandemiyanın birinci mərhələsini geridə qoyub.

Qeyd edək ki, bu günədək Almaniyada 167 mindən çox şəxs koronavirusa yoluxub, 7 minə yaxın xəstə həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti