...

Rusiyada koronavirusa yoluxanların sayı 280 min nəfəri ötüb

Dünya xəbərləri Materials 17 May 2020 12:11 (UTC +04:00)
Rusiyada koronavirusa yoluxanların sayı 280 min nəfəri ötüb

Bakı. Trend:

Rusiya Federasiyasında ötən sutka ərzində yeni növ koronavirusa 9 709 yeni yoluxma halı qeydə alınıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, ölkədə virusa yoluxanların ümumi sayı 281 752 nəfərə çatıb.

Məlumata əsasən, yeni yoluxma halları ölkənin 85 regionunda, o cümlədən Moskvada (3 855) qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 94 nəfər ölüb (onlardan 71 nəfəri Moskvada), ölənlərin ümumi sayı 2 631 nəfərə çatıb.

Son sutka ərzində Rusiyada 4 207 nəfər, ümumilikdə isə 67 373 nəfər koronavirusdan sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti