...

Pandemiya dövründə şəhər sakinlərinin əhvalını yüksəldən hobbi açıqlanıb

Dünya xəbərləri Materials 19 May 2020 11:57 (UTC +04:00)

Bakı. Trend:

Koronavirus pandemiyası dövründə şəhər sakinlərinin əhvalını yüksəldən hobbi müəyyən edilib.

Trend-in məlumatına görə, ABŞ-ın Prinston Universitetinin mütəxəssislərinin sorğusu nəticəsində müəyyən edilib ki, sakinlər bağbanlıq fəaliyyətindən daha çox zövq alıb.

Rəyi soruşulan şəhər sakinlərinin təxminən üçdə bir hissəsi bir saat bağbanlıqla məşğul olarkən əhvallarının daha çox yüksəldiyini bildirib.

Mütəxəssislər qeyd edib ki, bu işlə məşğul olarkən respondentlərin əhval-ruhiyyəsi onların ailə vəziyyəti və ya gəlir səviyyəsindən asılı olmadan yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti