Bakı. Trend:
Nepal parlamentinin nümayəndələr palatası ölkə xəritəsinin yenilənməsini və hazırda Hindistana məxsus olan bir neçə rayonun xəritəyə əlavə edilməsini təsdiqləyib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, nümayəndələr palatasının təsdiqlədiyi qərar həmçinin Nepalın ölkə gerbindəki təsvirinin dəyişdirilməsini nəzərdə tutur.
Məlumata əsasən, nümayəndələr palatasının iclasında iştirak edən qanunvericilərin hamısı qanun layihəsinin lehinə səs verib.
Bildirilir ki, bundan sonra qanun layihəsi parlamentin yuxarı palatası və Milli Məclisdə səsverməyə çıxarılacaq.