...

Tehranda baş verən partlayış nəticəsində ölənlərin sayı artıb (ƏLAVƏ OLUNUB-2)

Dünya xəbərləri Materials 1 İyul 2020 01:18 (UTC +04:00)
Tehranda baş verən partlayış nəticəsində ölənlərin sayı artıb (ƏLAVƏ OLUNUB-2)

Bakı. Trend:

İranın paytaxtı Tehran şəhərinin şimalında xəstəxanalardan birində baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

Trend-in AFP"yə istinadən verdiyi məlumata görə, bunu paytaxtın Yanğınsöndürmə Xidmətinin nümayəndəsi Cəlal Maliki bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

XXX

23:33

İranın paytaxtı Tehran şəhərinin şimalında xəstəxanalardan birində partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 13 nəfər həlak olub, 6 nəfər isə xəsarət alıb.

Bildirilir ki, partlayış zamanı xəstəxanada 25 nəfər olub. Ölənlərdən 10 nəfəri qadın, 3 nəfəri isə kişi olub.

XXX

21:52

İranın paytaxtı Tehran şəhərinin şimalında partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "İSNA" agentliyi xəbər verir.

Bildirilir ki, partlayış tibb klinikasında baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Partlayış səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti