...

Avstraliyada ştatlar arasında sərhəd bağlanıb

Dünya xəbərləri Materials 6 İyul 2020 10:44 (UTC +04:00)
Avstraliyada ştatlar arasında sərhəd bağlanıb

Bakı. Trend:

Avstraliyada koronavirusa yoluxma sayının kəskin artması ilə əlaqədar Viktoriya və Yeni Cənubi Uels ştatları arasında sərhədlər bağlanıb.

Trend-in məlumatına görə, bunu Viktoriya ştatının baş naziri Den Endryus deyib.

O bildirib ki, qərar ştat rəhbərləri arasındakı danışıqlardan sonra qəbul edilib.

Bu gündən etibarən Yeni Cənubi Uels ştatına getmək üçün xüsusi buraxılış sistemi yaradılıb.

Qeyd edək ki, son sutka ərzində Viktoriya ştatında 127 yeni yoluxma qeydə alınıb, daha 2 nəfər isə ölüb. Bu günədək Avstraliyada koronavirusa yoluxanların sayı 8,5 min nəfəri keçib, 106 nəfər həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti