...

ABŞ höküməti İllinoys ştatında cinayətlərin artması ilə bağlı tədbirlər görür

Dünya xəbərləri Materials 22 İyul 2020 07:37 (UTC +04:00)
ABŞ höküməti İllinoys ştatında cinayətlərin artması ilə bağlı tədbirlər görür

Bakı. Trend:

ABŞ-ın İllinoys ştatında yerləşən Çikaqo şəhərində cinayətlərin kəskin dərəcədə artması müşahidə edilir.

Trend-in məlumatına görə, bu barədə şəhər polisinin müavini Erik Karter deyib.

Bildirilir ki, son sutka baş verən atışma nəticəsində 14 nəfər yaralanıb. Onların arasında bir neçəsinin vəziyyəti ağır qiymətləndirlir. Daha əvvəl 9 nəfərin xəsarət aldığı barədə məlumat verilib.

E.Karterin sözlərinə görə, yas mərasiminə toplanan insanlara avtomobildən atəş açılıb. Hadisənin səbəbləri bilinmir.

Yerli KİV-lər qeyd edir ki, daxili təhlükəsizlik nazirliyinin şəhərdə cinayətlərin artması ilə bağlı tədbirlər görəcəyinə dair xəbər yayılandan sonra odlu silahların istifadəsi ilə baş verən insidentlərin sayı daha da artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti