...

"Mahan Air"ə məxsus təyyarə Tehranda uğurla eniş edib

Dünya xəbərləri Materials 24 İyul 2020 05:19 (UTC +04:00)
"Mahan Air"ə məxsus təyyarə Tehranda uğurla eniş edib

Bakı. Trend:

Daha əvvəl Suriya üzərində ABŞ-ın iki qırıcı təyyarəsinin təhlükəli səviyyədə yaxınlaşdığı İranın "Mahan Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Tehranın hava limanında uğurlu eniş edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təyyarə ölkə paytaxtının İmam Xomeyni adına beynəlxalq hava limanında eniş edib. Təyyarə Beyrutda yanacaq doldurduqdan sonra Tehrana qayıdıb.

"Mahan Air" aviaşirkəti gün ərzində baş verən insidentlə əlaqədar rəsmi açıqlama verəcəyinə söz verib.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın iki qırıcı təyyarəsi Suriya üzərində İranın "Mahan Air" aviaşirkətinə məxsus sərnişin təyyarəsinə təhlükəli səviyyədə yaxınlaşıblar. Məcburi manevrlər nəticəsində təyyarədə olan 3 sərnişin və heyət üzvləri xəsarət alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti