Bakı. Trend:
Fransa prezidenti Emmanuel Makron İranın nüvə proqramı ilə bağlı Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi onlayn formatda keçiriləcək sammitdə iştirak etməyə hazırdır.
Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Yelisey sarayının bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Prinsipial hazırlığımızı təsdiqləyirik. Daha əvvəl biz bu formada təşəbbüslər irəli sürmüşük".
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ölkəsinin İranla bağlı "nüvə sazişinə" sadiq qaldığını bildirib və münaqişənin kəskinləşməməsi üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin dövlət başçılarının, Almaniya və İranın iştirakı ilə onlayn formatda görüşün keçirilməsini təklif edib.