...

Papua-Yeni Qvineyada 5,5 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 23 Avqust 2020 22:23 (UTC +04:00)
Papua-Yeni Qvineyada 5,5 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Papua-Yeni Qvineya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Kokopo şəhərindən 66 km cənub-şərqdə olub. Təkanların ocağı isə 50 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti