...

Rusiyada koronavirusdan ölənlərin sayı 18 mini keçib

Dünya xəbərləri Materials 9 Sentyabr 2020 12:27 (UTC +04:00)
Rusiyada koronavirusdan ölənlərin sayı 18 mini keçib

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,04 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 5 218 nəfər virusa yoluxub, 142 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 041 007 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 18 135 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 856 458 nəfər virusdan sağalıb, 166 414 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti