...

Lukaşenko Putinlə görüşəcək

Dünya xəbərləri Materials 11 Sentyabr 2020 16:43 (UTC +04:00)
Lukaşenko Putinlə görüşəcək

Bakı. Trend:

Belarus Prezidenti Aleksandr Lukaşenko sentyabrın 14-də Rusiyaya səfər edəcək.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, işgüzar səfər çərçivəsində A.Lukaşenko Soçidə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq. Danışıqların nəticəsində hər hansı sənədlərin imzalanması gözlənilmir.

Qeyd edək ki, A.Lukaşenko avqustun 9-da keçirilmiş Prezident seçkilərində qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti